"ABŞ Dövlət Departamenti ?erməni soyqırımı? qətnaməsinə qarzıdır?

img

21-12-2010 [11:50]


ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli bu gün Amerika Konqresinin Nümayəndələr Palatasında gündəmə çıxarılacağı ehtimal edilən qondarma erməni soyqırımı haqqında qətnaməyə qarşı oduqlarını və bunu açıq şəkildə dilə gətirdiklərini xatırladaraq, Palata ilə bu məsələ üzrə təmasda olduqlarını bildirib. Bu sözləri ənənəvi keçirilən mətbuat konfransında deyib. ?Qətnaməyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik. Bu məsələ ilə bağlı Nümayəndələr Palatası ilə təmasdayıq?, - deyə o əlavə edib. Daha sonra ?ABŞ-ın dövlət katibi Hillari Klinton qətnamənin gündəmə gətirilməməsini söyləmək üçün Nümayəndələr Palatasının sədri Nensi Pelosi və ya palatadakı digər rəsmilərlə görüşübmü??, sualına cavab verən Krouli əlaqə quran şəxsin dövlət katibi Klinton olub-olmadığını söyləyə bilməyəcəyini bildirib. Lakin o Nümayəndələr Palatası ilə təmasda olduqlarını bir daha vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA