Bakı aeroportunda Dubaydan qaçaqmal brilyant gətirən zəxs tutulub

img

18-12-2010 [01:17]


Milli Təhlükəsizlik Nazirliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmal yolu ilə Azərbaycana gətirilən brilyant aşkarlanıb. Dövlət Gömrük Komitəsindən MİA-ya daxil olan məlumata görə, FZ705 saylı Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən uçaraq Bakı şəhərinə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elvin Elmar oğluna məxsus olan qara rəngli üzərində ?LİMA? sözü əks olunmuş və tünd qəhvəyi rəngli üzərində ?POLO SPORTS? sözləri əks olunmuş çamadanlara gömrük baxışı keçirilərkən, həmin çamadanların boru şəklində olan metal tutacaqlarından gömrük nəzarətindən gizlədilmiş cəmi 18 ədəd kiçik şəffaf selofan paketlərə qablaşdırılmış müxtəlif ölçülü, ümumi çəkisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA