Bakıda 13 yazlı məktəbli qızı zorlayan ögey ata tutulub

img

17-12-2010 [02:26]


Bakının Suraxanı rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonundakı orta məktəblərdən birində təhsil alan 10-cu sinif şagirdi A. oktyabr ayında öz müəlliməsinə yaxınlaşaraq, 13 yaşından bəri ögey atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Qız həmçinin qeyd edib ki, anası da baş verənlərdən xəbərdardır və o da atalığının bu hərəkətinin əleyhinə deyil. Çox keçmədən məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəllimlərin müraciəti ilə şikayət araşdırılıb. Məlum olub ki, həqiqətən də 10-cu sinif şagirdi olan A. atalığı Ə. tərəfindən 3 ildir, daimi cinsi istismara məruz qalır. Həmçinin müəyyən edilib ki, həmin şəxs radikal islam təriqətinin üzvüdür. Oktyabr ayında məsələ ilə bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb. Ögey ata həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA