Moskvada 1300-dən çox adam saxlanıb

img

16-12-2010 [01:11]


Dekabrın 15-də Moskvada qarışıqlıq törətməyə cəhd edən 1300-dən çox adam saxlanıb. Bu barədə Rusiya informasiya agentlikləri hüquq-mühafizə orqanlarına istinadla məlumat verir. Milislər qafqazlılarla radikal millətçi qruplar arasında kütləvi toqquşmaya imkan verməməyə çalışıb. Əsas gərginlik Kiyev vağzalı tərəfində yaşanıb, orda təxminən 7 min adam toplaşıb. Bildirilir ki, saxlananlardan 16 travmatik pistolet, 200-dən çox bıçaq, beysbol çubuğu və digər soyuq silah növü müsadirə olunub. Dekabrın 6-da ?Spartak? futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra qafqazlılara münasibət pisləşib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA