Orqan mafiyası ilə bağlı saxlanılan və ya cinayət məsuliyyətinə cəlb edilən yoxdur

img

15-12-2010 [01:41]


İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılması barədə artıq ictimaiyyətə informasiya verilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, lakin hazırkı vaxtadək iş üzrə saxlanılan və ya cinayət məsuliyyətinə cəlb edilən yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA