?Atəzkəsi hansı tərəfin pozmasını sübut etmək çətin məsələdir?

img

15-12-2010 [12:07]


ATƏT snayperlərin qoşunların təmas xəttindən geri çəkilməsi məsələsinin həll olunacağına ümid edir. Bunu qoşunların təmas xəttində, Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi istiqamətində keçirilmiş monitorinqi Ermənistan tərəfində izləmiş ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bəyan edib. ?Mən və eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri məsələni müxtəlif səviyyədə qaldırırıq. Bu problem həmçinin hər iki ölkənin dövlət başçıları və xarici işlər nazirləri tərəfindən də müzakirə olunur?, - deyə o bildirib. Anjey Kasprşik bəyan edib ki, onun və rəhbərlik etdiyi qrupun əsas vəzifəsi Azərbaycan və Ermənistan arasında hərbi səviyyədə etibarın yaradılmasıdır. ATƏT sədrinin şəxsi nümayəndəsi bununla da tərəflərin atəşkəsi az pozmasına nail olmaqla cəbhə xəttində yaşayan insanların təhlükəsizliyini təmin etmək istədiklərini deyib. Akəşkəsin pozulması hallarına toxunan Anjey Kasprşik belə fatkların sübutunun çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, atəşkəsin pozulmasını sübut etmək üçün müxtəlif səviyyəli ekspertlər lazımdır: ?Amma mən də daxil olmaqla biz altı nəfərik və səfərimizdən əvvəl atəşkəsi kimin pozmasının sübut olunması çətin məsələdir". Xatırladaq ki, ATƏT-in son monitorinqi ötən gün Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində keçirilib. Azərbaycan tərəfi monitorinqi baş tutmuş hesab etsə də, erməni tərəfinin əvvəlcədən koordinasiya edilmiş ərazidən 1-1,5 kilometr kənarda görünməsini pozuntu halı kimi qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA