Azərbaycanda homoseksual qətlə yetirilib

img

14-12-2010 [05:21]


Cəlilabad rayonunda müəmmalı qətl törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhər sakini 52 yaşlı Namiq Eyvazov öz evində qətlə yetirilib. Mərhumun meyiti bu gün qonşular tərəfindən aşkar olunub. Qonşular evin qapısının açıq olduğunu görüb evə daxil olublar. Onlar N.Eyvazovun meyitini evin ortasında görüblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Dərzi işləyən Namiq Eyvazov homoseksual imiş. Bu səbəbdən də ailə həyatı qurmayaraq tək yaşayırmış. Mərhum heç kəsə dəyib-dolaşan olmadığından, istintaqçılar onun elə seksual oriyentasiyası səbəbindən öldürülməsi versiyası üzərində işləyir. Fakta bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Onu da əlavə edək ki, mərhumun 2-3 gün əvvəl öldürüldüyü ehtimal olunur. Oriyentasiyasına görə qonşular da onunla soyuq münasibətdə olub. Buna görə də onun cəsədi gec aşkarlanıb.(Milli.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA