AŞPA-da Azərbaycanda parlament seçkisi ilə bağlı hesabat müzakirə ediləcək

img

14-12-2010 [02:23]


AŞPA-nın qış sessiyasında Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə hesabat müzakirə ediləcək. AŞPA-nın Azərbaycanda parlament seçkisində müşahidə missiyasının üzvü Tadeuş İvinski 24 yanvarda assambleyanın bürosunun iclasında öz hesabatını təqdim edəcək. Qeyd edək ki, AŞPA-nın bürosunun iclası gələn ilin 24-28 yanvarında Strasburqda assambleyanın qış sessiyası çərçivəsində keçiriləcək. Sessiya çərçivəsində KİV-in informasiya mənbələri, Avropa Şurasında islahatlar, "Şərq Tərəfdaşlığı" proqramı, Kosovo məsələsi, Gürcüstanda demokratik institutların inkişafı, Bern Konvensiyasının yerinə yetirilməsi müzakirə olunacaq. Milli Məclisə seçki 7 noyabr 2010-cu ildə keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən səsvermədə seçicilərin 50,14% iştirak edib. Seçkinin nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ədalət Partiyası, Sosial Rifah Partiyası, Ümid Partiyası hər biri 1 yer qazanıb. Qalan 43 deputat partiyasızdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA