Bakıda qadın qısqanclıq zəminində özünü yandırdı

img

10-12-2010 [12:29]


Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi olub. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, dünən axşam saat 19.45 radələrində Qızıldaş qəsəbə sakini, Massiv 4, ev-56-da yaşayan 44 yaşlı Şəfayət Fərzəli qızı İbrahimova qısqanclıq zəminində yaranan ailə münaqişəsi zamanı üzərinə benzin tökərək özünü yandırıb. Yanan qadın dərhal 5 nömrəli yanıq xəstəxanasına aparılıb. Onun vəziyyəti çox ağır olduğundan ifadəsini almaq mümkün olmayıb(anspress). Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA