Azərbaycan, Rusiya və Ermənistan XiN rəhbərləri görüzüb

img

09-12-2010 [10:51]


Bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüş keçirib. Elmar Məmmədyarov, Serqey Lavrov və Edvard Nalbandyan danışıqlar zamanı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətrafında fikir mübadiləsi aparıb. Xatırladaq ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qarşılıqlı maraq doğuran mövzular müzakirə ediləcək, MDB məkanında çoxtərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin aktual məsələləri müəyyən olunacaq. Bundan başqa, xarici işlər nazirləri cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrini də müzakirə edəcək. Bu proqramlar 2011-2013-cü illər üçün nəzərdə tutulub və iclasda baxıldıqdan sonra dövlət başçılarının müzakirəsinə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA