Elmar Məmmədyarov Moskvaya izgüzar səfərə gedir

img

08-12-2010 [02:31]


Dekabrın 8-də xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir. Şuranın iclasında 18 məsələ müzakirə olunacaq. Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar. Qeyd olunan sənədlər iqtisadi və humanitar sahələrdə inteqrasiya proseslərinin aktivləşməsi, təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığa həsr olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA