Rəsmi Bakı Qarabağ probleminin həllində Ai-nin yardımına ümid edir

img

08-12-2010 [10:23]


Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının da yardımına ümid edir. ANS TV-nin məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Belçikada Azərbaycan və Avropa İttifaqı Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında belə deyib. ?Biz hesab edirik ki, Avropa İttifaqının dünyada ən böyük güc mərkəzi kimi bu problemin həll olunmasına yardım etmək imkanı var. Biz inanırıq ki, Avropa İttifaqının, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll olunacaq?, - deyə M. Məmmədquliyev vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA