Bakıda oğul anasının bazını kəsib, gözlərini çıxardı

img

02-12-2010 [01:22]


Bakının Binəqədi rayonunda dəhşətli qətl törətmiş şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata əsasən, Binəqədi sakini, 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firudin oğlu Binəqədi rayonu ərazisində saxlanılıb. Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayon prokurorunun köməkçisi Bəsti Emçiyevanın Lent.az-a verdiyi məlumata görə, saat 10.00 radələrində rayonun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında oğul öz anasının başını kəsib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən isə Lent.az-a bildirilib ki, Emin Şahbalayev 57 yaşlı anası Nuriyyə Bilalovanın başını kəsib və daha sonra onun gözlərini çıxarıb. O, hadisəni törətdikdən sonra qaçıb gizlənib. Polis Emin Şahbalayevin ruhi xəstə olduğunu da bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb. İstintaqı Binəqədi rayon prokurorluğunun müstəntiqi Fərid Nağıyev aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA