Hillari Klinton Astanada Qarabağ münaqizəsinin həllindən danızıb

img

01-12-2010 [01:07]


"Dağlıq Qarabağ münaqişəsi Helsinki prinsipləri və həmsədr ölkələrinin dövlət başçılarının Akvilldə bəyan etdiyi 6 prinsip əsasında həll olunmalıdır". Bunu ATƏT-in Astanada keçirilən sammitində çıxış edən və Dağlıq Qarabağ münaqişəsinin həlli probleminə toxunan ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib. ANS-in Astanaya ezam olunuş müxbirinin verdiyi məlumata görə, H.Klinton ümumiyyətlə münaqişənin ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etməyin vacib olduğunu qeyd edib: "Münaqişənin həlli üçün müəyyən olunmuş prinsiplərdən hər hansı birini seçmək olmaz. Bu münaqişənin həllinə imkan verməz. Münaqişə bütün prinsiplər əsasında həll olunmalıdır". O, həmçinin əlavə edib ki, ATƏT məkanında bir sıra münaqişələr həllini tapmamış qalır və ATƏT bu münaqişələrin həllində böyük rol oynamalıdır. Dövlət katibi xüsusilə Gürcüstan-Rusiya müharibəsindən sonra yaranmış böhranı, Gürcüstanın ərazi bütövlüyünün pozulması məsələsini vurğulayıb. O, ATƏT ölkələrini Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmasında vaacib rol oynamağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA