6 yazlı qızla 23 yazlı oğlana toy edənlər tutulub

img

30-11-2010 [05:37]


Pakistanda zorla ərə verilən 6 yaşlı qız uşağı xilas edilib. Yerli televiziya kanllarının məlumatına görə, hadisə Pəncab vilayətində olub. Zorla ərə verilən 6 yaşlı Uzma adlı qızı polis elə toy zamanı xilas edib. Valideynləri qızı 23 yaşlı əmisi oğlu ilə evləndirmək istəyiblər. Pəncab polisi azyaşlının toyu barədə onlara məlumat daxil olduqdan sonra gizli keçirilən toya basqın etdiklərini bildirib. Əməliyyat zamanı bəy, onun atası və qızın atası saxlanılıb. Azyaşlının isə heç bir şeydən xəbəri olmadığı, onun çoxsaylı hədiyyələrlə aldadıldığı qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA