Azərbaycan və Ermənistan prezidentləri Astanaya noyabrın 30-da gedəcəklər

img

29-11-2010 [05:48]


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Astanaya noyabrın 30-da yola düşəcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi İlyasə Ömərova ?KazTag? agentliyinə məlumat verib. Günün ikinci yarısında isə Astana hava limanına ABŞ dövlət katibi Hillari Klintonun təyyarəsi enəcək. Həmin gün Astanaya Finlandiya, Türkiyə, Bolqarıstan, Slovakiya, Çernoqoriya, Ermənistan, Belarus, Sloveniya, Avstriya, Rumıniya, Serbiya, Rusiya, Qırğızıstan, Polşa və Moldava prezidentləri də çarter reysləri ilə gələcək. Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi İlyasə Ömərovun sözlərinə görə, Fransa prezidenti Nikolya Sarkozi ATƏT-in Astanda keçiriləcək sammitinə gəlməyəcək: ?Astana sammitində Fransanı baş nazir Fransua Fiyon təmsil edəcək. Bu, Fransa tərəfinin qərarıdır?. Qeyd edək ki, bir qədər öncəki məlumata görə, sammitdə iştirak etmək üçün qurumun baş katibi Mark Perren de Brişambo və ATƏT-in müxtəlif missiyalarının rəhbərləri artıq Astanya gediblər. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, bu axşam Vatikandan dövlət katibi, kardinal Tarçizio Bertone və BMT-nin baş katibi Pan Qi Mun da Astanaya gedəcək. Noyabrın 30-da həmçinin İsveç XİN rəhbəri Karla Bildt, ODKB-nin baş katibi Nikolay Bordyuja, İsveçrə xarici işlər nazirliyinin federal katibliyi Mişlin Kalmi-Rey, Almaniya kansleri Angela Merkel, Çexiya XİN rəhbəri Karla Filippa Şvarsenberq, Danimarka xarici işlər nziri Lene Espersena, İordaniya XİN rəhbəri Naser Cudeha gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA