Bakıda yazayız evi yandı, bir nəfər öldü

img

29-11-2010 [03:20]


Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ötən axşam rayonun Hövsan qəsəbəsində E.Qasımov küçəsi 17 ünvanında yerləşən 9 mərtəbəli binada başlayan yanğın tez bir zamanda bütün mənzili bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürdükdən sonra oradan 45-50 yaşı olduğu ehtimal edilən Sergey adlı şəxsin yanmış cəsədi tapılıb. Meyit aidiyyati üzrə təhvil verilib. Hadisənin nədən baş verdiyi bilinmir, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA