Barak Obamanın nənəsi Həccdən qayıtdı

img

26-11-2010 [03:20]


ABŞ prezidentinin Keniyada yaşayan nənəsi Sara Obama Həcc ziyarətini başa vuraraq, vətənə qayıdıb. Lent.az-ın ?lematin.ch? saytına istinadla xəbərinə görə, 88 yaşlı Sara Obama Həcc ziyarətinə Səudiyyə kralının şəxsi dəvəti əsasında gəlib. Ölkəyə qayıtdıqdan sonra isə o, medianın diqqət mərkəzində olub. ?Mən nəvəm Barakın müsəlman olması üçün dua etdim? - deyə o, ?Əl Vatan? qəzetinə bildirib. Həcc ziyarətindən ağızdolusu danışan Sara, nəvəsinin siyasəti barədə sualları cavablandırmaqdan imtina edib. O, kral Abdullaha qonaqpərvərliyə görə təşəkkür etməklə kifayətlənib. Avqust ayında ABŞ-da keçirilən rəy sorğusunun nəticələrinə görə, hər 5 amerikalıdan biri Obamanı müsəlman hesab edir. Halbuki, qaradərili prezident xristian olduğunu dəfələrlə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA