Bakıda pornoqrafik materiallar yayan zəxs tutulub

img

25-11-2010 [03:15]


DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Bakı" kinoteatrında texnik işləyən Əmircan qəsəbə sakini Elçin Məmmədov saxlanılıb. MİA DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan şəxsin gəlir əldə etmək məqsədi ilə pornoqrafik materialların satışı və yayılması ilə məşğul olduğu aşkarlanıb. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki kafelərin birində oranın icarədarı, Ağdaş rayon sakini Suma İbrahimova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA