Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi ölüb

img

24-11-2010 [11:29]


Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi yol qəzasında ölüb. Hadisə ötən gecə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Hərbi Dəniz Qüvvələrinin zabiti, 1989-cu il təvəllüdlü Kamil Hüseynov idarə etdiyi ?Opel? markalı avtomobili yol kənarındakı dirəyə çırpıb. Nəticədə sürücü və onun yanında olan digər hərbçi, 1983-cü il təvəllüdlü Fuad Almazov aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Müdafiə Nazirliyi faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA