Zəvvarları Bakıya gətirən avtobus azıb, 3 nəfərhəlak olub, 20 nəfər yaralanıb

img

23-11-2010 [08:05]


Azərbaycan zəvvarlarını Həcc ziyarətindən vətənə gətirən avtobus Türkiyənin Sivas əyalətində qəzaya uğrayıb. İhlas xəbər agentliyinin yaydığı məlumata görə, Şarkışla mahalı ərazisində baş verən yol qəzasında 3 adam həlak olub, 20 nəfər yaralanıb. Agentliyin yaydığı məlumata görə, Şarkışla magistiral yolunun Dökmətaş kəndi yaxınlığında sürücünün adı hələlik bilinməyən 90 DS 393 dövlət nömrə nişanlı avtobus idarəetməni itirərək aşıb. Ümumilikdə avtobusda 32 sərnişin və sürücü heyəti olub. Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS-ə açıqlamasında məlumatı təsdiq edib. Onun sözlərinə görə, avtobusda 31 Azərbaycan və 3 nəfər Türkiyə vətəndaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA