Bu il Azərbaycanda yol qəzalarında 755 nəfər həlak olub

img

22-11-2010 [04:50]


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2194 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 755 nəfər həlak olub, 2292 nəfər yaralanıb. Bu barədə ANS PRESS-ə Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev məlumat verib. Qəzaların ən çoxu son 4 ay ərzində olub. Son 4 ay ərzində respublika avtomobil yollarında 1034 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində 306 nəfər həlak olub, 1088 nəfər yaralanıb. ?Respublika əhəmiyyətli yollarda 10 ay ərzində 2194 qəza baş verib. Yol qəzalarından 940-ı sürət həddinin aşması nəticəsində yaranıb. 940 hadisədə 93 nəfər ölüb, 135 nəfər yaralanıb. 848 piyada vurulması hadisəsi baş verib. Nəticədə 265 nəfər dünyasını dəyişib, 655 nəfər xəsarət alıb. Bu ilin 10 ayı ərzində yol qəzalarında azyaşlılarla bağlı hadisələrdə 59 nəfər azyaşlı həlak olub, 222 nəfər yaralanıb. Ölənlərdən 26-sı yeddi yaşına qədər uşaqlardır. 33-ü yeddi yaşından 16 yaşına qədər olan uşaqlardır", deyə K. Əliyev qeyd edib. Baş Dövlət Yol Polis İdarəsinin rəsmisinin sözlərinə görə, piyadaların vurulması ilə qeydə alınan hadisələrin 50 faizi Bakı şəhərində qeydə alınıb. Bunun da əsas səbəbi küçələrin qaranlıq olmasıdır. Qeyd edək ki, noyabrın 21-də dünyada beynəlxalq yol təhlükəsizliyi günü qeyd edili

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA