Elmar Məmmədyarov Ermənistanın xarici izlər naziri Edvard Nalbandyanla görüzüb

img

22-11-2010 [12:11]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Bu barədə Ermənistan mətbuatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Məlumata görə, görüş NATO-nun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən sammiti çərçivəsində baş tutub. Qısa görüş zamanı hansı məsələlərə toxunulduğu açıqlanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə ANS PRESS-ə açıqlamasında onda belə bir məlumatın olmadığını bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA