Daha bir azərbaycanlı zəvvar Suriyada ürək tutmasından dünyasını dəyizib

img

21-11-2010 [04:01]


Bu gün Məkkədən Həcc ziyarətindən Vətənə qayıdan zəvvarlardan biri yolda dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, 1942-ci il təvəllüdlü Mafi Həmzə oğlu Nəzərov avtobus karvanı Suriyada olarkən ürək tutmasndan dünyasını dəyişib. Rəhimə xanımın sözlərinə görə, o Şamaxı rayon sakinidir. Zəvvar xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Onun sözlərinə görə, Mafi Nəzərovun cənazəsinin təyyarə vasitəsilə Azərbaycana gətirilməsi üçün Türkiyə Hava Yolları ilə danışıqlar aparılıb. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobus və 4 təyyarə reysi ilə 2000 nəfər yola düşüb. Həcc ziyarətinə gedən zəvvarlardan biri Suriyada, digəri isə Məkkədə dünyasını dəyişib. Bir nəfər isə psixi xəstəliyə tutulduğu üçün Suriyada xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, 2010-cu ilin Həcc mərasimində təqribən 2 milyon 800 min zəvvar iştirak edib. ANS PRESS-in Səudiyyə Ərəbistanı Krallığının Baş Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, mərasimdə iştirak edənlərin 1 milyon 799 min nəfəri xarici, qalan 989 min nəfəri isə krallıq vətəndaşları və digər müsəlman ölkələrinin burada yaşayan vətəndaşları olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA