Piter Semnebi sabah Azərbaycana səfər edəcək

img

20-11-2010 [02:14]


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi noyabrın 21-22-də Bakıda qısamüddətli səfərdə olacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, səfər bloggerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması ilə bağlıdır. Səfər zamanı Aİ nümayəndəsi bloggerlər, onların qohumları və Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşəcək. Piter Semnebi hökumət nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə ənənəvi görüşlər keçirmək üçün həftəsonu Bakıya qayıdacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA