Bakıda yazayız binasında yanğın, 30 nəfər təxliyə edilib

img

19-11-2010 [02:33]


Noyabrın 18-də Bakı Şəhəri Yasamal rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, onmərtəbəli yaşayış binasının liftinin şaxtasında yanğın başlayıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər binadan 30 nəfərin təxliyəsini həyata keçirib və mənzilləri yanğından mühafizə edib. Yanğın saat 13:49-da yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb, zərər çəkən olmayıb. Yanğının baş verməsinə elektrik naqillərində baş vermiş qısaqapanma göstərilir, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA