Bakıda evdə partlayız oldub, 1 nəfər öldü, 3-ü yaralandı

img

13-11-2010 [10:50]


Bakının Qaradağ rayonunda mənzildə partlayış baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, partlayış noyabrın 7-si Sahil qəsəbəsində 41 yaşlı Elman Əliağa oğlu Şıxəliyevə məxsus fərdi yaşayış evində olub. Nəticədə E.Şıxəliyev, həyat yoldaşı və iki uşağı ağır yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxanaya yerləşdiriliblər. Vəziyyəti daha ağır olan Elman Şıxəliyev dünən axşam saatlarında xəstəxanada keçinib. Onun ailə üvzlərinin də vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA