MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiya günü qeyd olunub

img

12-11-2010 [03:54]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr ? Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, akademiya rəisinin tədris işi üzrə I müavini general-mayor Şahin Sultanov tədbiri acıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. General-mayor Ş. Sultanov məruzə ilə çıxış edərək, Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tarixində yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib. Ş. Sultanov bu ilin noyabr ayının 7-də Milli Məclisə demokratik əsaslarla keçirilən seçkiləri Heydər Əliyev ideyalarının, eyni zamanda, onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın təntənəsi olduğunu bildirib. Akademiyanın Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi Tuqay Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA