NATO PA-da Qarabağla bağlı qətnamənin müzakirəsi Azərbaycanın istəyi ilə təxirə salınıb

img

12-11-2010 [11:25]


?Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin NATO Parlament Assambleyasında müzakirəsi Azərbaycan nümayəndə heyətinin təklifi əsasında təxirə salınıb?. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov qeyd edib ki, buna səbəb Azərbaycanda parlament seçkisinin keçirilməsi olub. Mən Assambleyanın baş katibinə 7 noyabrda Azərbaycanda parlament seçkisinin keçirilməsi ilə əlaqədar nümayəndə heyətimizin Varşavada keçirilən sessiyaya qatıla bilməyəcəyi ilə bağlı məktub göndərmişəm. NATO PA-nın baş katibi bu məsələyə anlayışla yanaşıb?, - deyə birinci vitse-spiker söyləyib. ?Ermənistan tərəfinin qətnamə layihəsinin təxirə salınmasını özlərinin ciddi səyi kimi qələmə verməsi yanlışdır. Biz bunun təxirə salınması üçün müraciət etmişik və təklif qəbul olunub?, - deyə Ziyafət Əsgərov əlavə edib. Z. Əsgərov onu da bildirib ki, Dağlıq Qarabağla bağlı qətnamə layihəsi NATO PA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, qətnamə layihəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı da öz əksini tapıb. Azərbaycan tərəfi eyni zamanda qətnaməyə başqa əlavələrin edilməsi üçün də təkliflər hazırlayıb. Qətnamə layihəsi 6 maddədən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA