ŞOK! Sumqayıt sakini atası, arvadı və uzaqlarını çəkiclə öldürüb

img

11-11-2010 [12:55]


Sumqayıt şəhəri 17-ci mikrorayon bina 53 ev 1A ünvanında baş verən hadisənin bəzi təfərrüatları məlum olub. Şəhər prokurorluğunun məlumatına görə, 1970-ci il təvəllüdlü Rüstəmzadə Elşad Karpat oğlu atası, arvadı və uşaqlarını çəkiclə öldürüb. O, ailə üzvləri yatandan sonra çəkiclə yatmış ailə üzvlərinin başına zərbə endirib. Gicgah nahiyəsinə endirilən zərbələr öldürücü olub və evdəkilərin hamısı ölüb. Daha sonra E.Rüstəmzadə yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq özünü atıb. E.Rüstəmzadənin ruhi xəstə olduğu bildirilir. Baş vermiş hadisə ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA