Teleqüllənin yanında xeyli partlamamız döyüz sursatı azkarlanıb

img

11-11-2010 [12:26]


Bakı şəhəri, Səbail rayonunda teleqüllənin yaxınlığında partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. MİA FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 125mm çap altı mərmilərinin olduğu müəyyən edilib. Xilasedicilər tərəfindən hadisə yerinə toplaşmış insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması və ərazinin mühafizəsini təmin etmək məqsədilə mühafizə postlarının yaradılması, həmçinin, qeyd olunan ərazinin çəpərlənməsi təmin edilib. Bununla da aidiyyəti qurumların mütəxəssislərinin fəaliyyəti üçün müvafiq şərait yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA