Qadın bozanmaq istəyən ərini bıçaqladı

img

09-11-2010 [12:35]


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 14-cü polis bölməsindən verilən məlumata görə, hadisə dünən rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 29 yaşlı Könül Nurxan qızı Abbasova ailə münaqişəsi zəminində həyat yoldaşı, 40 yaşlı Razim Hüseynova bir bıçaq zərbəsi ilə xəsarət yetirib. Bölmədən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində olub. Uzun müddət evli olsalar da, cütlüyün övladı olmayıb. Bunun səbəbini həyat yoldaşında görən K. Abbasova ona boşanmaq təklif edib. Amma R.Hüseynov bu təkliflə razılaşmayıb və bildirib ki, o, əvvəllər sevdiyi oğlanla ailə həyatı qurmaq istədiyindən boşanmaq istəyir. Bir müddət sonra isə tərəflər arasında yaranan söz-söhbət münaqişəyə çevrilib. Nəticədə əsəbi vəziyyətdə olan qadın ərinə bir bıçaq zərbəsi endirib(anspress). K.Abbasova polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA