Ağdazda qətl hadisəsi baz verib

img

06-11-2010 [10:59]


Ağdaş rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qulbəndə kənd sakini Cavid Qocayev həmyerlisi 29 yaşlı Azad Məmmədov tərəfindən qətlə yetirilib. Mərhumun meyiti noyabrın 5-də saat 23:00 radələrində şəhər yaxınlığında aşkarlanıb. Hadisə yerinə gələn prokurorluq əməkdaşları tərəfindən meyitin üzərində bıçaq xəsarətlərinə oxşar yaralar müəyyən olunub. Keçirilən tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədov saxlanılaraq istintaq orqanına təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. [b]Milli.az[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA