Keçmiz sevgilisi bəyi öz toyunda bıçaqladı

img

03-11-2010 [11:33]


Bakıda görünməmiş bıçaqlanma hadisəsi olub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 2-də B.Nuriyev küçəsində Vüsal Abbasov döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Çinarə Məmmədova tutularaq istintaq orqanına verilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, V. Abbasov öz toy mərasimində bıçaqlanıb. Hadisə ?Xəmsə? şadlıq sarayında baş verib. Araşdırma zamanı məlum olub ki, Çinarə Məmmədova bıçaqlanan bəyin keçmiş sevgilisi olub. O, ilkin dindirmə zamanı bildirib ki, Vüsalla aralarında sevgi münasibəti olub. Günlərin birində V.Abbasov sevgilisinə mesaj yazaraq onu sevmədiyini və başqa qızla evlənəcəyini deyib. Çinarə isə sevgilisinin bu sözlərinə inanmayıb. Ona görə də Vüsal Çinarəni buna inandırmaq üçün toyun vaxtını və məclisin keçiriləcəyi şadlıq sarayının da yerini bildirib. Çinarə isə ona xəyanət edən Vüsalı cəzalandırmaq qərarına gəlib. Toydan əvvəl şadlıq sarayının həyətinə gələrək bəylə gəlinin gəlməsini gözləyib. Saat 18:00 radələrində gəlin maşını şadlıq sarayına daxil olub. Bəylə gəlin vağzalı sədalarının altında maşından düşüb salona daxil olmaq istəyərkən Çinarə bəyə yaxınlaşıb və ?Səni təbrik edirəm, amma sevgisinə xəyanət edənin axırı belə olur? deyərək bıçağı onun sinəsinə sancıb. Bəyi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Toy isə bəy olmadan davam etdirilib... Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA