Bakıda Xəzərin təhlükəsizliyi məsələsi müzakirə olunur

img

03-11-2010 [10:59]


Noyabrın 3-də Bakıda Xəzərin təhlükəsizliyi məsələsi müzakirə olunur. Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə IV iclas keçirilir. Azərbaycanın xarici işlər nazirinin müavini Xələfov bildirib ki, bu görüşün saziş mətninin qəbul olunmasında və Xəzəryanı ölkələrin əməkdaşlıq sahəsində yaxşı baza yaradacağına inanır. O, bu görüşün prezidentlərin sammitinə hazırlıq görüşü olduğunu da vurğulayıb. Konfransda Rusiya XİN müavini Ryabkov Sergey, Qazaxıstan XİN departamentinin direktoru Amanjalova Zülfiyyə, İran XİN müavini Məhəmməd Mehdi Axundzadə və Türkmənistan XİN nümayəndəsi Komekov iştirak edir. İclasda Xəzəryanı dövlətlərin prezidentlərinin Bakıda olacaq zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA