ilham Əliyev BP-nin icraçı vitse-prezidentini fəaliyyətinin baza çatması münasibətilə qəbul edib

img

02-11-2010 [03:53]


Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də BP-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. E.İnqlis BP ilə ölkəmiz arasında çox güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq müxtəlif layihələrdə, o cümlədən ?Şahdəniz-2? yatağında işlərin uğurla getdiyini qeyd edib. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə artıq 1 mlrd. bareldən çox neftin nəql edildiyini vurğulayıb. BP-nin icraçı vitse-prezidenti 2010-cu ili BP ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı çox böyük nailiyyətlərin əldə olunduğu il kimi dəyərləndirib. Öz növbəsində, dövlət başçısı E.İnqlisin BP-nin icraçı vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə BP ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İ.Əliyev 2010-cu ilin Azərbaycan ilə BP arasında əlaqələr baxımından çox uğurlu il olduğunu vurğulayaraq, bu müddətdə böyük həcmli işlərin görüldüyünü qeyd edib, bunu ölkəmizlə BP arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın davamı kimi dəyərləndirib. BP ilə Azərbaycan arasında bu il üçün razılaşdırılmış məsələlərə toxunan dövlət başçısı nəzərdə tutulan layihələrin gələcək onilliklər ərzində tərəfdaşlığımıza xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Əməkdaşlığımızın səviyyəsindən razılığını bildirən prezident bu münasibətlərin strateji əhəmiyyət daşıdığını, ?Şahdəniz?, ?Şəfəq?, ?Asiman?, ?Azəri-Çıraq-Günəşli? və bir çox digər layihələr üzrə əməkdaşlığımızın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA