Rail Rzayevin həbsdə olan yavəri, köməkçisi və onun oğluna hökm oxunub

img

01-11-2010 [04:59]


Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə 2009-cu ilin fevralında qətlə yetirilmiş müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin həbsdə olan köməkçisi Aydın Rəfiyev, onun oğlu Anar Rəfiyev və yavəri Anar Haşımova hökm oxunub. Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov 7 il müddətinə azadlıqdan məhrum edilib. İttiham materiallarına əsasən, generalın köməkçisi və yavəri Rail Rzayev qətlə yetiriləndən dərhal sonra qanunsuz olaraq onun iş otağına girib. Oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar. Rail Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Qətlin üstü hələ də açılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA