Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baz verib

img

30-10-2010 [09:57]


Bakı-Sumqayıt avtomobil yolunun 32-ci kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı yolayrıcı lövhələrə çırpılıb. Nəticədə, sürücü, 1973-cü il təvəllüdlü Hüseyn Ələkbər oğlu Sultanov həlak olaraq deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Hüseyn Sultanovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA