Ağcabədidə 30 nəfər xiyar turzusundan zəhərlənib: iki nəfər ölüb

img

26-10-2010 [07:05]


Azərbaycanın Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən kütləvi zəhərlənmə baş verib. Rayonun Taynaq kəndində ev şəraitində konservləşdirilmiş xiyar turşusundan 30-dan çox adam zəhərlənib. Nəticədə Ağcəbədi rayon xəstəxanasına yerləşdirilən xəstələrdən biri - 57 yaşlı Ofeliya Mehdiyeva dünyasını dəyişib. Xəstəxanaya müraciət edənlərdən 8-nin vəziyyəti ağır olduğu üçün onlar təcili olaraq Bakıya, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 60 yaşlı Füzuli Məmmədov xəstəxanada dünyasını dəyişib. Həkim Arif Fərəcovun ANS-ə verdiyi məlumata görə, klinikaya 5 xəstə daxil olub: ?Səhərə yaxın saat 04-05 radələrində 1 nəfər dünyasını dəyişib. İkisinin vəziyyəti ağır olduğundan reanimasiyadadırlar?. Faktla bağlı Ağcəbədi rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Kənd sakinlərinin dediklərinə görə, zəhərlənmə hadisəsi qohumların toplaşdığı qonaqlıq mərasimində baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA