Bakıda yol qəzası; 2 nəfər ölüb, 3 nəfər yaralanıb

img

23-10-2010 [10:47]


Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu gün Bakıda 2 nəfər ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Mətbuat prospektində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Məmmədov idarə etdiyi ?Hyundai Sonata? markalı avtomobilini yolun kənarındakı ağaca çırpıb, avtomobil aşıb. Maşında olan sərnişinlər Mircəlal Mövsümov və Nəsimi Məmmədov yerindəcə dünyalarını dəyişiblər. Sürücü və digər sərnişinləri Ramil Babayev, Azər İlyasov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA