09-06-2018 [19:21]
İyunun 9-da Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, görüşdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov iştirak edib.
Bakı Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynovdövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdırıb.
İdarə rəisi qeyd edib ki, sahibkarlara göstərilən dövlət dəstəyi, münbit biznes mühitinin yaradılmasına, xüsusilə son illərdə həyata keçirilən islahatların, sahibkarlıq subyektlərinə müxtəlif sahələrdə edilən güzəştlərin iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına şərait yaradıb.
İ.Hüseynov bildirib ki, gömrük sahəsində həyata keçirilən islahatlar iqtisadiyyatın və ticarətin inkişafına öz töhfəsini verir, gömrük xidməti modernləşdirilir, gömrük işinin daha səmərəli təşkili istiqamətində innovativ tədbirlər görülür.
İdarə rəisi daha sonra gömrük sistemində aparılan islahatlar, həmin islahatların sahibkarlıq mühitinin inkişafında rolu, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, gömrük orqanları bundan sonra da xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük məsələlərinin şəffaf və sürətli şəkildə reallaşdırılması üçün səylərini daha da artıracaq.
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov sahibkarlıq subyektlərinə gömrük sahəsində yaradılan şəraitin daha da yaxşılaşdırılması üçün gömrük qanunvericiliyinin təkmilləşdirildiyini, gömrük prosedurlarının asanlaşdırılması və vaxt itkisinin aradan qaldırılması istiqamətində addımlar atıldığını bildirib. Biznes nümayəndələrinə müraciət edən Baş İdarə rəisi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan sənədlərin düzgünlüyünə xüsusi diqqət göstərməyi tövsiyə edib, gömrük əməliyyatları zamanı mütəxəssislərin köməyindən istifadə etməyin vacibliyini vurğulayıb.
Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi Faiq Seyidov idxal-ixrac əməliyyatlarının sürətli həyata keçirilməsi, yüklərin vaxtında və maneəsiz şəkildə sahibkarlara çatdırılması üçün tələb olunan sənədlərin qanunvericiliyə uyğun şəkildə tərtib olunmasının, xüsusilə gömrük orqanlarına təqdim edilən invoyslarda malların dəyərinin düzgün göstərilməsinin vacibliyindən bəhs edib. İdarə rəisi düzgün tərtib olunaraq vaxtında təqdim edilən sənədlərin gömrük əməliyyatlarının qısa vaxt ərzində yekunlaşmasına şərait yaradacağını bildirib.
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi