?Demokratik islahatçı Gənclər? ictimai Birliyinin sədri Rumıniya Xarici izlər Nazirliyinin dövlət katibi ilə görüzüb

img

21-10-2010 [03:45]


Rumınıyada səfərdə olan ?Demokratik İslahatçı Gənclər? İctimai Birliyinin sədri Vüsalə Hüseynova Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Anton Nikulescu ilə görüşüb. Birliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə hər iki ölkə arasında dostluq əlaqələrinin inkişafı və gənclərin bu əlaqələr verdiyi töhvələrdən geniş söhbət açıb. Birliyin sədri A.Nikuleskuya Azərbaycanda bu gün sürətlə inkişaf edən sosial və iqtisadi irəliləyiş barədə məlumat verib. Dağlıq Qarabağ problemi və Azərbaycanın ədalətli mövqeyi ilə bağlı məlumat verən V.Hüseyova bu problemin yalnız Azərbaycana deyil, digər region dövlətlərin də inkişafına təsir etdiyini vurğulayıb: ? Biz ölkə gəncləri olaraq düşünürük ki, bu işdə dünya dövlətləri kimi Qaradəniz ölkələri də Ermənistana təzyiq göstərməli və BMT-nın məlum dörd qətnaməsinin tezliklə reallaşması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün öz səylərini göstərməlidirlər?. Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Anton Nikulescu də öz növbəsində qeyd edib ki, Azərbaycan Rumınya üçün dost ölkədir və bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində daha yüksək səviyyəyə çatıb. Hər iki ölkə rarasında münasibətlərin daha da inkişaf edəcəyini bildirən dövlət katibi Dağlıq Qarabağ məsələsinə də toxunub: ?Rumınya hər bir ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ problümünün tezliklə həll ediləcəyinə ümid edirik. Biz bu məsələdə həmişə Azərbaycanın yanındayıq.? Dövlət katibi gənclər arasında da münasibətlərin daha böyük tövhələr verəcəyinə əmin olduğunu qeyd edib və bu işdə həmişə gəncləri dəstəklədiklərini söyləyib. Görüşün sonunda Birlik sədri Anton Nikulescuyə Dağlıq Qarabağ ərazisində olan lakin ermənilər tərəfindən dağıdılmış Azərbaycanın mədəniyyət abidələrinə aid CD diski və foto albomu təqdim etmişdir. Rumınyaya səfəri çərçivəsində V.Hüseynova Avropa Birliyinin Rumınyadakı nümayəndəliyinin rəhbəri Niculae İdu ilə də görüşüb. Görüş çərçivəsində Avropa Birliyi və Azərbaycan münasibətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı Pröqramında uğurlu iştirakı və yeni qonşuluq siyasəti çərçivəsində gənclər təşkilatlarının layihələri barədə fikir mübadiləsi aparılıb. Cənab İdu Azərbaycanın enerji təhlükəsizliyi proqramında Azərbaycanın önəmli rolunu qeyd edərək, Şərq Tərəfdaşlığı proqramının da hər iki tərəf üçün önəmli olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA