Piter Semnebi: ?Qarabağ münaqizəsinin 40 ilə həll edilməməsi faciə olardı?

img

18-10-2010 [02:17]


?Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı?. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ?Kommersant?a müsahibəsində deyib. ?Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin 49 il artırılması Dağlıq Qarabağ münaqişəsinin həllinin də bu qədər uzanacağı anlamına gəlmir ki?? sualını cavablandıran Semnebi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi həddən artıq uzanır və region və regiona qonşu ölkələr üçün təhlükə törədir: ?Çünki bu münaqişə vakuumda deyil. Münaqişəni həll etmək üçün daha çox səy göstərmək lazımdır. Son zamanlar qoşunların təmas xəttində insidentlər və atışmalar müşahidə edirik, atəşkəs rejimini gücləndirmək zəruridir. Atəşkəs əlbəttə ki, problemləri həll etmir, lakin o, danışıqlar prosesinin normallaşdırılmasına yardım göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA