Bu gün AŞ PA-nın müzahidə missiyası Azərbaycana gəlir

img

18-10-2010 [11:16]


Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində vəziyyətlə tanış olmaq üçün bu gün AŞ PA-nın 5 nəfərdən ibarət müşahidə missiyası Bakıya gəlir. Üç gün davam edəcək səfər çərçivəsində AŞ PA-nın müşahidə missiyası dövlət və hökumət rəsmiləri, müxalifət və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək. Bu gündən MDB müşahidə missiyası da fəaliyyətə başlayır. Missiyaya MDB İcraiyyə Komitəsinin sədr müavini Vladimir Qorkov rəhbərlik edir. MSK-nın ən son məlumatına görə, deputatlığa namizədlərin sayı 719 nəfərə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA