"Rusiyanın bu müqavilədə maraqları var, onları müdafiə etməliyik" - Lavrovdan İranla bağlı açıqlama

\"Rusiyanın bu müqavilədə maraqları var, onları müdafiə etməliyik\" -  Lavrovdan İranla bağlı açıqlama

DÜNYA

14.05.2018, 11:49

 Rusiya, "avroüçlük" (Fransa, Almaniya, Böyük Britaniya), İran və Çin rəsmi Tehranın nüvə proqramı ilə bağlı sazişin yerinə yetirilməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdə bildirib.
"Rusiyanın bu müqavilədə müəyyən edilmiş qanuni maraqları var və onları müdafiə etməliyik", - S.Lavrov deyib.
Onun sözlərinə görə, Vaşinqton nüvə sazişindən çıxmaqla əsas beynəlxalq müqavilələri yenidən nəzərdən keçirmək istəyir.
Rusiyalı nazir həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyətin böhran xarakterli olduğunu vurğulayıb.
İranın xarici işlər naziri M.C.Zərif isə, öz növbəsində, ABŞ üçün beynəlxalq qaydalara etinasızlığın vərdiş halını aldığını söyləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR