"Həsən Əzimovla bağlı bütün məsuliyyət Fransanın üzərindədir” - Kadırov Parisdəki terrorçudan danışdı

img

13-05-2018 [21:04]


Çeçenistan rəhbəri Ramzan Kadırov Parisdə insanlara hücum edən şəxsdən danışıb.

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, Kadırov Rusiyanın keçmiş vətəndaşı ilə bağlı məlumatı təsdiqləyib:

"Həsən Əzimov 14 yaşına qədər Rusiya vətəndaşı olub. Lakin 20 yaşında o, yenidən Rusiyadan pasport almadığı üçün, ölkə vətəndaşı hesab edilmir. Buna görə də, Həsən Əzimovla bağlı bütün məsuliyyət Fransanın üzərindədir”.

Kadırovun sözlərinə görə, gənc yalnız Çeçenistanda doğulub, onun yetkinlik yaşları, dünya görüşü Fransa cəmiyyətində formalaşıb: "Əgər o, uşaqlıq və gənclik illərini Çeçenistanda yaşasaydı, Həsənin taleyi başqa cür olardı”.

Həmçinin Kadırov hadisə zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA