Paşinyan İstanbulda doğulan iqtisadçını ölkəsinə dəvət etdi: "O, dedi ki..."

img

13-05-2018 [11:27]


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da yaşayan erməni əsilli iqtisadçı Daron Əcəmoğlunu ölkəsinə dəvət edib.

Bu barədə Baş nazir "Feysbuk səhifəsində məlumat yazıb.

"Elə indicə bütün dünyada məşhur olan erməni əsilli iqtisadçı Daron Əcəmoğlu ilə telefonda danışdım. O, dedi ki, Ermənistana iqtisadiyyatın bərpası və inkişafında kömək etməyə hazırdır”, - Paşinyan bildirib.

Əcəmoğlu Ermənistana gəlməyi qəbul edib. Paşinyanın dediyi kimi səfərin vaxtı qarşıdakı günlərdə bəlli olacaq.

Xatırladaq ki, Daron Əcəmoğlu İstanbulda erməni ailəsində dünyaya gəlib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA