Ali Məhkəmənin hakiminin həyat yoldazı qətlə yetirilib

img

15-10-2010 [04:51]


Bakıda qətl hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında orada yaşayan 39 yaşlı Natəvan Həmid qızı Mahmudovanın meyiti tapılıb. Hadisə barədə polisə məlumat daxil olan kimi, Nizami rayon və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar. Prokurorluğun məlumatına görə, qadının üzərində yüngül xəsarətlər olub. Hazırda meyit ekspertiza olunmaq üçün tibbi ekspertizaya göndərilib. Rayon Polis İdarəsindən isə bildirilib ki, qətlə yetirilən şəxs Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA