"Biz də qarşılığını verə bilərik" - Binəli Yıldırım Paşinyana cavab verib

img

11-05-2018 [15:50]


"Ermənistan illərdir Türkiyəyə qarşı davam etdirdiyi düşmənçilik mövqeyindən əl çəkərsə, uyğun addım ata bilərik”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırm Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirib.

"Əgər Ermənistan ərazi bütövlüyümüzə, sərhədlərimizə yönəlik yanlış mövqeyindən vaz keçərsə, yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik. Çünki Türkiyə qonşuları başda olmaqla heç kimsəyə düşmənçilik münasibəti bəsləmək niyyətində deyil. Ona görə də Ermənistanın mövqeyində hansısa yumşalma olarsa, bunu ölkəmizin mənafeyinə uyğun olaraq dəyərləndirə bilərik”, - o qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA