Qazaxıstanı aksiyalar bürüdü: polis hərəkətə keçdi, həbslər var - VİDEOLAR

img

10-05-2018 [16:30]


Qazaxıstanda hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Aksiyalar mühacir bankir Muxtar Ablyazovun dəstəyi ilə baş tutub. 

Ən böyük aksiyalar Alma-Atı şəhərində olub. Şəhərin mərkəzində 100-dən çox şəxs toplanıb. Polis bu aksiyada 70 nəfəri saxlayıb.

Astanada keçirilən mitinqdə etirazçılara qarşı güc tətbiq olunub. Aktobe şəhərində də bir neçə etirazçı polis tərəfindən saxlanılıb.

Etirazçılar aksiyalarda insan haqlarına əməl edilməsini və siyasi məhbusların azadlığa çıxarılmasını tələb ediblər/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA